Ana Sayfa > Karusel / Maraqlı / M2 > Putin yeriyərkən sağ qolunu niyə tərpətmir?

Putin yeriyərkən sağ qolunu niyə tərpətmir?


16-12-2015, 11:48. Yazar: Xeberaz
Putin yeriyərkən sağ qolunu niyə tərpətmir?
Rusiya prezidenti Vladimir Putinin yeriyərkən sağ qolunu niyə tərpətmədiyinin sirri üzə çıxıb

Kreml rəhbərinin yeriş tərzi dəfələrlə müzakirə edilmiş və marağa səbəb olmuşdu.

Hətta bir çox avropa və amerikalı həkimlər Putinin parkinsondan əziyyət çəkdiyini də dilə gətirmişdilər.

Lakin bütün bu iddialara, Hollandiyadakı Radboud universitetinin araşdırmaçıları son qoyub.

Araşdırmaya görə, Putinin yeriyərkən sağ əlini az yelləyərək bədəninə yaxın tutması, sol əlini isə istiqamətləndirici olaraq istifadə etməsi Sovet kəşfiyyatı KGB-də aldığı təhsildən qaynaqlanır. KGB agentləri öz tapançalarını sinənin tam altında, göbək nahiyyələrinin üzərində daşıyırdılar. Bu da sağ əlin silaha tez çatması üçün idi. (sputnik)
Geri dön