Ana Sayfa > Karusel / Hadisə / M2 > ​"Günəşli" yatağındakı neft quyusunda yanğın söndürülüb

​"Günəşli" yatağındakı neft quyusunda yanğın söndürülüb


15-12-2015, 22:06. Yazar: Xeberaz
​"Günəşli" yatağındakı neft quyusunda yanğın söndürülüb
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində üç hasilat quyusunda başlayan yanğın artıq bir quyuda tam söndürülüb. Xeberaz.az-ın "Report"a istinadən məlumatına görə, özüldə hadisə baş verdiyi vaxtdan indiyədək yanğın 2 qaz və 1 neft quyusunda davam edib. Lakin görülən tədbirlər nəticəsində neft quyusunda yanğın söndürülüb. Bununla da quyudan dənizə neftin dağılması təhlükəsinin qarşısı tamamilə alınıb. Hazırda hadisə yerində aparılan yanğınsöndürmə tədbirləri davam etdirilir. Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.
Geri dön