Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > "Neft aşağı qiymətdə qala bilməz"

"Neft aşağı qiymətdə qala bilməz"


15-12-2015, 22:00. Yazar: Xeberaz
"Neft aşağı qiymətdə qala bilməz"
11 ilin ən aşağı səviyyələrinə geriləyən neft qiymətləri ilə bağlı OPEC-dən açıqlama verilib.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Abdulla əl-Bədri, neft qiymətlərinin hazırkı aşağı axarının belə davam etməyəcəyini, bir neçə ay və ya bir il içində dəyişəcəyini söyləyib.

Yeni Dehlidə çıxış etmiş Abdulla əl-Bədri, OPEC-in ağlabatan və ədalətli qiymətlər istədiyini, ABŞ-dakı neft ixracı qadağasının götürülməsinin qiymətlərə təsir göstərməyəcəyini bildirib.

Brent nefti 36 dollarla 2004-dən bəri ən aşağı səviyyəyə geriləmişdi.
Geri dön