Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycanda qadınları satan kişi tutuldu

Azərbaycanda qadınları satan kişi tutuldu


15-12-2015, 13:54. Yazar: Xeberaz
Azərbaycanda qadınları satan kişi tutuldu
Bakı-Qazax-Gürcüstan avtomobil yolunun kənarında, Yevlax rayonunun Səmədabad kəndi ərazisində yerləşən kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb.

Xeberaz.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən, Səmədabad kənd sakiniTofiq İdris oğlu Əliyev saxlanılıb:"Kafe sahibi Tofiq İdris oğlu Əliyevin əxlaqsız yuva saxlaması aşkar edilmişdir", - deyə müstəntiqSəxavət Mirzəyev bildirib.

Saxlanılan şəxs Tofiq Əliyev də törətdiyi əməli etiraf edib: "Priton üstündə saxlanmışam. Səhv etmişəm. Öz səhvimi boynuma alıram".
Faktla bağlı cinayət işi açılıb. İbtidai istintaq tədbirləri davam etdirilir.
Geri dön