Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > Moskvada 10 nəfərin yaralanması ilə nəticələnən kütləvi dava (VİDEO)

Moskvada 10 nəfərin yaralanması ilə nəticələnən kütləvi dava (VİDEO)


15-12-2015, 13:29. Yazar: Xeberaz
 Moskvada 10 nəfərin yaralanması ilə nəticələnən kütləvi dava (VİDEO)
Rusiyanın paytaxtı Moskva şəhərində 10 nəfərin yaralanması ilə nəticələnin kütləvi dava olub.

Xeberaz.az-in məlumatına görə, hadisə dekabrın 14-də "Elements” barın yaxınlığında qeydə alınıb. Barın yaxınlığında bir qrup insan əlbəyaxa dava edib. Baş verən hadisə müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Videoda görünür ki, dava zamanı 4 nəfər əlində tapança ilə atəş açırlar. Nəticədə bir nəfər yerə yıxılıb. Hadisə zamanı 10 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Yaralılardan 4 nəfərin vəziyyəti nisbətən ağırdır.

Geri dön