Ana Sayfa > Karusel / Gündəm / M2 > Cəbhədə döyüş: Üç işğalçı məhv edildi

Cəbhədə döyüş: Üç işğalçı məhv edildi


15-12-2015, 10:45. Yazar: Xeberaz
Cəbhədə döyüş: Üç işğalçı məhv edildi
Azərbaycan ordusunun növbəti uğurlu əməliyyatı nəticəsiz qalmadı.

Müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə erməni silahlı bölmələrinin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin uzun müddətli atəş nöqtəsi sıradan çıxarılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xeberaz.az-a verilən məlumata görə, düşmən canlı qüvvə sarıdan ən azı üç nəfər itki verib.

“Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır”, - deyə məlumatda bildirilir.
Geri dön