Ana Sayfa > Karusel / M2 / Qarabağdan xəbər var > Ordumuz erməni səngərlərinə zərbələr endirdi

Ordumuz erməni səngərlərinə zərbələr endirdi


14-12-2015, 10:47. Yazar: Xeberaz
Ordumuz erməni səngərlərinə zərbələr endirdi
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 99 dəfə pozub.

Müdafiə Nazirliyindən Xeberaz.az-a verilən məlumata görə, Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Şıxlar, Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 101 dəfə atəş zərbəsi endirib.
Geri dön