Ana Sayfa > Karusel / Hadisə / M2 > 2 ev tamamilə yandı

2 ev tamamilə yandı


13-12-2015, 10:21. Yazar: Xeberaz
2 ev tamamilə yandı
Qax şəhərində ev yanıb. Xeberaz.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Bitişik köməkçi otaq yanğından mühafizə olunub. Yanğın saat 08:59-da söndürülüb.

Bundan başqa Salyan rayonu, Qarabağlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön