Ana Sayfa > Karusel / Gündəm / M2 > Rusiya Toliki “həbs etdi”

Rusiya Toliki “həbs etdi”


11-12-2015, 16:17. Yazar: Xeberaz
Rusiya Toliki “həbs etdi”

Rusiya vətəndaşının başını kəsən İŞİD-in rusiyalı üzvü Anatoli Zemlyanka qiyabi həbs edilib.

Xeberaz.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbə bildirib.

Mənbə qeyd edib ki, Anatoli Zemlyanka xarici dövlətin ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların tərkibində iştirak etməkdə ittiham olunur.

Daha əvvəl isə İnterpol İŞİD üzvünün axtarışa verildiyini açıqlayıb.

Qeyd edək ki, dekabrın 2-də milliyyətcə çeçen olan 23 yaşlı Rusiya vətəndaşının edam görüntüləri yayılıb. O, casus olduğunu etiraf edib və İŞİD-ə qoşulan Rusiya vətəndaşları haqqında Moskvaya informasiya ötürdüyünü etiraf edib.
Geri dön