Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda dəhşət: hamilə qadın özünü binadan atdı (YENİLƏNİB)

Bakıda dəhşət: hamilə qadın özünü binadan atdı (YENİLƏNİB)


11-12-2015, 16:16. Yazar: Xeberaz
Bakıda dəhşət: hamilə qadın özünü binadan atdı (YENİLƏNİB)

X.Aşirovanın qohumları Publika.az-a bildirib ki, qadının vəziyyəti ağırdır.

Onların sözlərinə görə, dünən qadının bətnindəki körpə öldüyündən uşaq əməliyyatla götürülüb.

Qadının ayaqları sınıb və o, bu gün əməliyyat olunacaq.

***

Paytaxtın Xətai rayon sakini, 18 yaşlı Xatirə Aşirova özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.

Publika.az xəbər verir ki, hadisə dünən axşam saat 21:00 radələrində baş verib.

Onun intihar etməsinə səbəb kimi ailədaxili problemlərinin olması göstərilir.

Xatirə Aşirovanın yaxınları əməkdaşımıza bildiriblər ki, qadının həyat yoldaşı evə içkili gəlirmiş.

Hadisə baş verən gün o, əri ilə mübahisə edib.

Xatirə Aşirova 4 aylıq hamilə imiş. O, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Qadının vəziyyəti ağırdır.
Geri dön