Ana Sayfa > Karusel / İdman / M2 > “Qarabağ” və "Qəbələ" avrokuboklarla vidalaşdı

“Qarabağ” və "Qəbələ" avrokuboklarla vidalaşdı


11-12-2015, 10:42. Yazar: Xeberaz
“Qarabağ” və "Qəbələ" avrokuboklarla vidalaşdı
Qurban Qurbanovun yetirmələri sensasiyaya edə bilmədilər.

Futbol üzrə UEFA Avropa Liqasının 2015/2016-cı illər mövsümünün qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib.

Xeberaz.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” səfərdə Belçikanın “Anderlext” klubunun qonağı olub və 2:1 hesabı ilə uduzub.

Qollar: Eddi Najar, 27, Okaka, 31 - Dani Kintana, 26.

Bu qrupun digər oyununda “Tottenhem” “Monako”nu darmadağın edib - 4:1.

Beləliklə, növbəti mərhələyə “Tottenhem” və “Anderlext” klubları vəsiqə qazanıblar.

Azərbaycan klubları üçün isə bu mövsüm avrokubok həyəcanı sona çatdı.

Futbol üzrə UEFA Avropa Liqasının 2015/2016-cı illər mövsümünün qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib.

Azərbaycanı turnirdə təmsil edən “Qəbələ” doğma meydanda Rusiyanın “Krasnodar” klubunu qəbul edib.

Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə bitib.

“Krasnodar”ın heyətində Siqurdson, Pereyra və Vanderson, müvafiq olaraq 25, 41 və 75-ci dəqiqələrdə fərqləniblər.

Bu qrupun digər oyununda Yunanıstanın PAOK klubu səfərdə Dortmundun “Borussiya”sını minimal hesabla məğlub edib.

Beləliklə “C” qrupundan Avropa Liqasının 1/16 mərhələsinə “Krasnodar” və “Borussiya” klubları vəsiqə qazanıblar.
Geri dön