Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > İnzibati Xətalar Məcəlləsində seksual məsələ: İşə götürənlər, ehtiyatlı olun!

İnzibati Xətalar Məcəlləsində seksual məsələ: İşə götürənlər, ehtiyatlı olun!


11-12-2015, 10:32. Yazar: Xeberaz
İnzibati Xətalar Məcəlləsində seksual məsələ: İşə götürənlər, ehtiyatlı olun!
1 500 manatdan 2 500 manata qədər cərimə tətbiq ediləcək
Azərbaycanda işəgötürüləni seksual təzyiqə məruz qoymaya görə, sərt cəzalar müəyyənləşdirilir. Lent.az-ın məlumatına görə, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə görə, seksual qısnamaya görə, işə götürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manata qədər cərimə tətbiq ediləcək.
Bununla bağlı hazırkı cərimələr 70 manatdan 90 manata qədərdir.
Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni Məcəllə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Geri dön