Ana Sayfa > Karusel / Qadınlar / Maraqlı / M2 > Qadınların yaşlarına uyğun cinsi əlaqə istәklәri
Qadınların yaşlarına uyğun cinsi əlaqə istәklәri10-12-2015, 18:51. Yazar: Xeberaz |
16-25 yaş: romantizm Cinsi hәyat hәlә başlanğıc nöqtәsindәdir. Gәnc qadını sabit bir cinsi hәyatdan daha çox әks cinslә әlaqә qurmaq düşündürür. Hәr qarşılaşma yeni bir tәcrübәdir. Bu dönәmә damğasını vuran şey uşaqlıq xatirәlәridir. Müdafiә mexanizmlәri çox güclüdür. Bir yandan macәra axtarır, digәr yandan müdafiә olunmaq istәyirlәr. Bu yaşın әsas özәlliyi romantizmdir. Bir yandan cinsi hәyata maraq var, digәr tәrәfdәn isә hәmişә gecikәn bir şahzadәni gözlәmәkdәdirlәr. 25-38 yaş: yaradıcılıq Duyğuların sabitliyә qovuşduğu yaşdır. Qadın, bәdәninә alışmağa başlayır. Gövdәsini tanıyır. Kişilәrlә yaxşı münasibәtin necә qurulacağı haqqında düşünür. Cinsi hәyatla bağlı bәzi incәliklәri öyrәnib. Daha yaradıcı vә birbaşa cinsi hәyatı kәşf edib. Ancaq 35 yaşdan sonra mәşhur "bioloji saat” çalışmağa başlayır. Seksdәn hәzz alma duyğusu artır, analıq hissiyyatı әvvәlki kimi olmur. Amma gözlәnilәnlәrin әksi baş verәndә vәziyyәt qәlizlәşir. Qadın cinsi hәyatdan zövq ala bilmirsә, iztirablar başlayır. Bu yaşın üstünlüyü qadının cәsarәtli addımlar ata bilmәsidir. 30 yaşından sonra lazım olan şey daxili enerjini toplamaq, onu yaxşı bir istiqamәtә yönәltmәk vә bu işin qulpundan möhkәm yapışmaqdadır. 38-47 yaş: Cinsi hәzz vә şәhvәt Bir qadının cinsi hәyat baxımından 40 yaşına girmәsi, daxili gerçәyi ilә üzlәşmәsi, bәdәni vә arzuları ilә harada olduğunu anlamaq saatıdır. Analıq vәzifәlәrini yerinә yetirmәk duyğusu müstәqillik әvәz edir. Cinsi hәyat vә şәhvәtә yenidәn üstünlük verilir. Cinsi hәyat tәbii şәkildә qadınlıq duyğusunun mәrkәzindә yer alır. Bu yaşın әsas xüsusiyyәti qadının özünü sorğusual etmәsidir. O,bәdәni ilә nizamlı münasibәt qurar. Özünәvurğunluq artar. Vә ilkinc bir mәqam: qadınların çoxu ilk orqazmını 3847 yaşları arasında yaşadığını etiraf edir. Qadın arzularının gücünü etiraf edәr, onu maskalamaz, inkar etmәz vә arzularından qaçmağa çalışmaz. Çünki cinsi hәyat arzuları içәrisindәdir. Pis xәbәr isә budur ki, bu yaşlarda aybaşı pozulmaları baş vermәyә başlayır. Bu da növbәti yaş dövrü üçün problemlәri artırır. İlk problemlәr seksә marağı azalda bilir, bәzi hallarda qadınlar depressiyaya düşür, nostalgiya artır. Yaxşı xәbәr isә budur ki, bu yaşlarda qadın cinsi problemlәri faciәyә çevirmir, lirik düşüncәlәri ona daha çox hakim olur. 47-50 yaş: Sorğusuala tutmaq Bu dövr çox önәmlidir. Çünki bu, "50 yaşa giriş ” anlamına gәlir. Verilәn suallara mütlәq cavab tapılmalıdır. Artıq yaş keçir. Növbәti illәri qarşılamaq üçün özünә keçmişlә bağlı hәqiqi vә dürüst hesabat vermәlisәn. Bunun üçün üç mәrhәlә var. Әvvәlcә qәt edilәn yolun hesabatı verilir. Qәt etdiyin yol mәqbul hesab edilir. İrәliyә getmәk haqqında düşünülür. Daha sonra evlilik, bir yerdә olma nәzәrdәn keçirilir. Qadın bütün ömrü boyu bunun qorunması üçün çalışıb, bu sәbәbdәn dә indi vәziyyәtin necә olduğuna baxar. Hansı vәdlәr yerinә yetirilib, hansı işlәr görülmәmiş qalıb? Bu hesabat ayrılmaq, boşanmaq mәqsәdilә deyil, daha uğurla irәli getmәk üçün verilir. Qadın bu dövrlәrdә cinsi hәyatını hansı şәkildә qurmaq mәqsәdilә çox oxuyur. Eyni zamanda yaşlanmaq qorxusu artmağa başlayır. O, qorxularını ictimai fәaliyyәtlә azaltmağa çalışır. 50-55 yaş: qasırğa, böyük qarışıqlıq Bu yaş dövründә ciddi problemlәr başlayır. Aybaşının kәsilmәsi baş verir. Bax, bu, qadının hәyatında hәr şeyi altüst edir, sanki bir qasırğa baş verir. Daxildә cinsi hisslәri yaşatmaq üçün böyük bir müqavimәt başlayar. Aybaşının kәsilmәsi cinsi hәyatın sonu deyil. Bu yaşın әn gözәl xüsusiyyәti seks arzularının hәlә dә yaşaması, hәm özünә, hәm dә yoldaşına bunu sübut etmәk mәcburiyyәtidir. 55 yaşdan sonra Pis xәbәr budur ki, 65 yaşa qәdәr qadının sәhhәtindә problemlәr yaranır. Daha bir xәbәr odur ki, seks istәyi bu yaşda da ola bilәr. Әgәr istәdiyini tapa bilsә, hәtta orqazm da yaşaması mümkündür. Bu yaşda seks duyğusal bir oyun deyil, sadәcә, doymağa yönәlik bir addımdır. Ancaq bәdәn artıq o bәdәn deyil. Bu sәbәbdәn ağır bir depressiya yaşanır, qadın sanki hәyatdan qopub. Bu yaşda qadını ayaqda saxlayan şey yaşamaq eşqi vә tarazlıqdır. Geri dön |