Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda cinayətkar dəstə tutuldu

Bakıda cinayətkar dəstə tutuldu


10-12-2015, 13:54. Yazar: Xeberaz
Bakıda cinayətkar dəstə tutuldu
Faktla bağlı araşdırma aparılır.

Bakıda oğurluq etmiş dəstə üzvləri tutulublar.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, dekabrın 9-na keçən gecə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayan Şahin Həsənovun evindən 500 manat və qızıl üzük oğurlanıb.

Bununla əlaqədar Sabunçu RPİ 15-ci PB və Çevik Polis Alayı əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş İsmət Məmmədov, Abşeron rayon sakini Arzu Babayeva, Bakı şəhər sakini Ceyhun Hüseynov, Gəncə şəhər sakinləri Sahib Abdullayev və qardaşı Elmir tutulublar.

Faktla bağlı araşdırma aparılır.
Geri dön