Ana Sayfa > Karusel / Gündəm / M2 > Azərbaycanda fahişəliyə görə cərimə artırılır

Azərbaycanda fahişəliyə görə cərimə artırılır


9-12-2015, 21:31. Yazar: Xeberaz
Azərbaycanda fahişəliyə görə cərimə artırılır
Azərbaycanda əxlaqsızlıqla məşğul olanlara tətbiq edilən cərimənin miqdarının artırılması planlaşdırılır.

Xeberaz.az interfaks.az-a istinadən bildirir ki, Milli Məclisə təqdim edilmiş yeni İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsində əxlaqsızlıqla məşğul olan şəxslərin 100 manat məbləğində cərimələnməsi nəzərdə tutulur.

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsində bu əmələ görə cərimənin miqdarı 35-40 manat təşkil edir.
Geri dön