Ana Sayfa > Karusel / Hadisə / M2 > Bayraq Meydanının sabiq rəisinin həbs müddəti uzadıldı

Bayraq Meydanının sabiq rəisinin həbs müddəti uzadıldı


9-12-2015, 18:04. Yazar: Xeberaz
Bayraq Meydanının sabiq rəisinin həbs müddəti uzadıldı

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun və onunla birlikdə həbs edilən - İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədovun barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə onların hər birinin həbs müddəti 3 ay artırılıb.

Qeyd edək ki, adı çəkilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.
Geri dön