Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycanlı iş adamı su quyusuna düşərək ölüb

Azərbaycanlı iş adamı su quyusuna düşərək ölüb


9-12-2015, 16:27. Yazar: Xeberaz
Azərbaycanlı iş adamı su quyusuna düşərək ölüb
Gürcüstanın Marneuli rayonunda bədbəxt hadisə baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün günorta saatlarında azərbaycanlı iş adamı Rafil Qədir oğlu Musayev həyətyanı sahəsindəki su quyusuna düşərək boğulub. Hadisə yerinə Rustavi Fövqəladə hallar departamentinin əməkdaşları gələrək onun meyitini 15 metr dərinlikdə olan su quyusundan çıxarıblar.

R. Musayev Marneulidə tanınmış şəxslərdən biri olub.

Hadisə ilə bağlı araşdırma aparılır.
Geri dön