Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD lideri “İlin adamı“ seçilə bilər

İŞİD lideri “İlin adamı“ seçilə bilər


8-12-2015, 23:32. Yazar: Xeberaz
İŞİD lideri “İlin adamı“ seçilə bilər

ABŞ-da nəşr olunan məhşur “Taym” jurnalı “2015-ci ilin adamı” adı üçün namizədlərin adlarını açıqlayıb

Final siyahıda İran prezidenti Həsən Ruhaninin də adı var.

Bu il namizədlərin son siyahısında artıq neçənci dəfədir ki, İŞİD-lə mübarizədə səylərinə görə Rusiya prezidenti Vladimir Putin də yer alıb. Çox maraqlıdır ki, “Taym” "xilafət" uğrunda mübarizəyə öz ardıcıllarını ruhlandırdığı üçün İŞİD lideri Əbü Bəkr əl-Bağdadini də daxil edib.

İran prezidenti saknsiyalar dövründə əzmkarlığı və Tehranının nəhayət ki, Qərblə anlaşdığı üçün namizədlər sırasına daxil edilib.

Miqrantlar probleminin həllində səylərinə görə, cinsini dəyişən keçmiş olimpiya çempionu Keytlin Cenner və ABŞ prezidentliyinə namizəd Donald Tramp da var. (strateq.az)
Geri dön