Ana Sayfa > Karusel / Maraqlı / M2 > Peşəkar işi - Qadın taksi sürücüləri - VİDEO

Peşəkar işi - Qadın taksi sürücüləri - VİDEO


8-12-2015, 17:33. Yazar: Xeberaz
Peşəkar işi - Qadın taksi sürücüləri - VİDEO
Bütün sahələrdə qadın əməyindən istifadə olunmasına baxmayaraq, insanlar hələ də avtomobillərdə qadın sürücü görəndə təəccüblənirlər. İstər, taksidə, istərsə də, avtobusda.Lakin Hindistanda bu mənzərə ilə rastlaşmaq deyəsən adi hal alacaq. Bu ölkənin qadınları kütləvi şəkildə taksi fəaliyyəti ilə məşğul olmağa başlayıblar.Xüsusi kurslara gedən zərif cinsin nümayəndələrinə işin sirləri öyrədilir. Eyni zamanda qadın sürücülər psixoloq kimi də müştərilərin köməyinə çatacaqlar. Onlar müştərilərin problemlərini dinləyəcək, məsləhətləri ilə onları aqressiya və günlük stressdən uzaqlaşdırmağa çalışacaqlar.

Geri dön