Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Azyaşlı uşaqlara sırğa taxmayın, yoxsa... – Valideynlərin nəzərinə!

Azyaşlı uşaqlara sırğa taxmayın, yoxsa... – Valideynlərin nəzərinə!


8-12-2015, 17:29. Yazar: Xeberaz
Azyaşlı uşaqlara sırğa taxmayın, yoxsa... – Valideynlərin nəzərinə!
Mütəxəssislər kiçik yaşda qız uşaqlarına sırğa taxmağın doğru olmadığına, oyun oynayarkən dostu tərəfindən sırğanın çəkilməsi nəticəsində qulaq məməsinin yırtılması təhlükəsinə dair xəbərdarlıq edir.


Xeberaz.az xəbər verir ki, Aile.lent.az-ın məlumatına görə, kiçik yaşlarda qız uşaqlarına sırğa taxılması, ətək geyindirilməsi sosial olaraq doğru bir şey kimi qəbul edilsə də, taxılan sırğanın təhlükəsini də düşünmək lazımdır.

Açılan qulaq dəliyi zamanla böyüyərək verdiyi zərərin təsirindən qulaq məməsinin cırılmasına və iki hissəyə ayrılmasına səbəb olur. İrəli yaşlarda saçlarını yığmaq istəyən qızlar qulaqlarındakı bu deformasiyadan dolayı çətinlik çəkirlər. Çünki qulaq məməsinin yırtıq şəklində görünməsi onlarda kompleks yaratmış olur.

Qulaq məməsinin daşıya bilməyəcəyi ölçüdə və ağırlıqda sırğa taxmaq da qulaq dəliyinin böyüməsinə və uzanmasına səbəb olur. Beləcə, taxılan sırğa daha aşağıda və uyğunsuz görünür.

Buna görə də uşaqlara özlərini dərk etdikləri vaxtda sırğa taxılması məsləhətdir.


Geri dön