Ana Sayfa > Karusel / M2 / İbadət > NAMAZ QILMAĞIN 29 MÜKAFATI

NAMAZ QILMAĞIN 29 MÜKAFATI


2-04-2015, 18:44. Yazar: Emil
NAMAZ QILMAĞIN 29 MÜKAFATI

Zəmir ibni Həbib nəql edir ki,islam peyğəmbərindən (s.ə.s)namaz barəsində soruşdular,buyurdu:
1.Namaz dinin vacib əməllərindəndir;
2.Allahin razılığına səbəb olur;
3.Peyğəmbərlərin yoludur;
4.Mələklərin məhəbbətini cəlb edir;
5.Hidayət və imandır;
6.Mərifət nurudur;
7.Ruzinin bərəkətidir;
8.Bədənin rahatliğıdır;
9.Şeytanın xoşuna gəlməyən əməldir;
10.Kafirlər müqabilində cihaddır;
11.Duanın qəbul olmasına səbəb olandır;
12.Əməllərin qəbul olmasıdir;
13.Möminin axirət azuqəsidir;
14.Ölüm mələyinin yanında şəfaətçidir;
15.İnsanın qəbr dostudur;
16.Qəbrdə insan üçün istirahətdir;
17.Nəkir və Münkirin cavabıdır;
18.Qiyamətdə bədənin tacıdır;
19.Müsəlmanın üzünün nurudur;
20.İnsanın libasıdır;
21.Atəşlə insan arasında pərdədir;
22.Atəşlə insan arasında dəlildir;
23.Cəhənnəmdə nicat vasitəsidir;
24.Sirat körpüsündən keçitdir;
25.Behiştin açarıdır;
26.Hurul-eynin məhəbbətidir;
27.Behiştin qiymətidir;
28.İnsanı ən yüksək məqama çatdıran namazdır;
29.Namazda,Allaha təsbih,təhlil,təkbir,təmcid və təqdis olduğuna görə danışıq və duadır.

Allah namaz qılanların namazını qəbul etsin. Namaz qılmayanlara qismət etsin İnşallah...
Niyyətimiz təmiz olsun!
Geri dön