Ana Sayfa > Karusel / Hadisə / M2 > İtkin düşənlərin helikopter və dalğıclarla axtarışı dayandırılıb

İtkin düşənlərin helikopter və dalğıclarla axtarışı dayandırılıb


8-12-2015, 11:03. Yazar: Xeberaz
İtkin düşənlərin helikopter və dalğıclarla axtarışı dayandırılıb
"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində itkin düşənlərin helikopter və dalğıclarla axtarışı hava qaranlıq olduğundan dayandırılıb.

Xeberaz.az-ın Trend-ə istindən məlumatına görə, bunu "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, "Neft Daşları"nda itkin düşmüş 3 nəfərin axtarışı ilə bağlı dalğıclar, "Günəşli" ərazisində isə helikopter tərəfindən aparılan axtarış işləri dayandırılıb:

"Buna baxmayaraq, gəmi ilə axtarış işləri davam etdirilir. Axtarışlar helikopter və dalğıclar tərəfindən sabah səhər tezdən yenidən aparılmağa başlanacaq".
Geri dön