Ana Sayfa > Karusel / Gündəm / Hadisə / M2 > Moskvada “Günəşli” yatağında həlak olanlar anıldı

Moskvada “Günəşli” yatağında həlak olanlar anıldı


8-12-2015, 10:06. Yazar: Xeberaz
Moskvada “Günəşli” yatağında həlak olanlar anıldı
Xəzər dənizində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olanların xatirəsi Rusiya paytaxtında anılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün axşam saatlarında Azərbaycanın Rusiyadakı səfirliyinin binası qarşısında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülünün fotoları olan lövhənin qarşısına yüzlərlə insan gəlib.

Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) və Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RAD) nümayəndələri, habelə Rusiyada təhsil alan gənclər yanğın nəticəsində həlak olanların xatirəsini yad edərək lövhənin qarşısına gül dəstələri qoyublar.
Moskvada “Günəşli” yatağında həlak olanlar anıldı
Moskvada “Günəşli” yatağında həlak olanlar anıldı
Moskvada “Günəşli” yatağında həlak olanlar anıldı
Moskvada “Günəşli” yatağında həlak olanlar anıldı
Geri dön