Ana Sayfa > Karusel / Dünya / M2 > İranın Bəşər Əsəd tərəfində döyüşən 8 hərbçisi öldürülüb

İranın Bəşər Əsəd tərəfində döyüşən 8 hərbçisi öldürülüb


8-12-2015, 00:38. Yazar: Xeberaz
İranın Bəşər Əsəd tərəfində döyüşən 8 hərbçisi öldürülüb

İran İnqilabı Keşikçiləri Korpusunun Suriyada Bəşər Əsəd tərəfində döyüşən 8 hərbçisi öldürülüb.

Bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb. Məlumata görə, Suriyadakı döyüşlərdə İran İnqilabı Keşikçiləri Korpusunun Pakistan əsilli 7 hərbçisi öldürülüb. Öldürülən hərbçilərin adları və hansı bölgədən olduqları açıqlanmasa da, Qum şəhərində onlar üçün dəfn mərasimi təşkil edilib.

İranda fəaliyyət göstərən "mashregnews.ir" saytı isə korpusun bir zabitinin - Məsud Əsgəri adlı pilotunun bir neçə gün əvvəl vurulduğunu yazıb. Bununla da son həftə ərzində Suriyada öldürülən İran əsgərlərinin sayı 8 olub.
Geri dön