Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > “Neftçilər”də bomba tapılmadı – YENİLƏNİB

“Neftçilər”də bomba tapılmadı – YENİLƏNİB


8-12-2015, 00:02. Yazar: Xeberaz
“Neftçilər”də bomba tapılmadı – YENİLƏNİB
Hadisə yerinə polis əməkdaşları gəliblər.

Metropoliteninin “Neftçilər” stansiyasında partlayıcı qurğu olması barədə məlumat təsdiqlənməyib.
Xəbəraz.az -ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq bölmələri hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birlikdə axtarış işləri aparıblar və heç bir şübhəli əşya aşkar etməyiblər.

15:00

Bu gün saat 12:30 radələrində “Neftçilər” metrosu ətrafında bomba həyəcanı yaşanıb.

Xəbəraz.az Musavat.com-a istinadən bildirir ki, naməlum şəxs rabitə qovşağından “102” xidmətinə zəng edərək, metro ətrafında bomba olduğunu və partlayacağını bildirib.

Hadisə yerinə dərhal polis əməkdaşları gəliblər.

Nizami Rayon Polis İdarəsi 24-cü və 25-ci bölmələrinin əməkdaşları “Magnit” ticarət mərkəzinin ətrafında olan şəxsi müəyyənləşdirmək üçün bütün obyektlərin təhlükəsizlik kamerasını nəzarətə götürüblər.

Hazırda proses davam etdirilir.
Geri dön