Ana Sayfa > Karusel / Hadisə / M2 > Xırdalanda su kəməri partlayıb, şəhərin böyük hissəsi susuz qalıb

Xırdalanda su kəməri partlayıb, şəhərin böyük hissəsi susuz qalıb


7-12-2015, 21:18. Yazar: Xeberaz
Xırdalanda su kəməri partlayıb, şəhərin böyük hissəsi susuz qalıb


Bakı - APA-Economics. Xırdalan şəhərinin su təchizatında problem yaranıb.

"APA-Economics" xəbər verir ki, bu günün ikinci yarısında Qalubiyyə küçəsindəki 400 mm diametrli su borusunun partalaması nəticəsində Abşeron rayonunun inzibati mərkəzi olan şəhərin böyük hissəsi susuz qalıb.

"Azərsu" ASC-nin Qəza xidmətindən "APA-Economics"in hadisə yerində olan əməkdaşına bildirilib ki, qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər görülür: "Ən yaxşı halda, su təchizatı sabah bərpa olunacaq".
Geri dön