Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Körpələrdə qaz problemi - ÇARƏLƏR

Körpələrdə qaz problemi - ÇARƏLƏR


7-12-2015, 14:36. Yazar: Xeberaz
Körpələrdə qaz problemi - ÇARƏLƏR

Qaz problemi körpə uşaqların hər birində yaşanır. Xüsusən ilk üç ayda. Aile.lent.az qaz probleminin həllinə yardımçı olacaq yollar təqdim edir.

- Qaz problemi olan körpəyə ilıq bir duş qəbul etdirmək yardım edəcək.

- Əgər körpəniz yeriyirsə, yeməkdən sonra kiçik gəzintiyə çıxa bilərsiniz. Əgər hələ yerimirsə, körpənizi arxası üstə uzadın və ayaqlarını yüngül hərəkətlərlə velosiped sürürmüş kimi hərəkət etdirin.

- Körpənizi arxası üstə uzadın və zeytun yağı, ya da hindqozu yağı ilə göbəyinə və qasıq bölgələrinə yüngül hərəkətlərlə masaj edin.

- Probiotik dəstəyi qaz problemi üçün çox yararlıdır. Uşağınıza probiotiklə zəngin qatıq verə, ya da həkim məsləhəti ilə probiotik dəstəyi ala bilərsiniz.

- Qaz probleminin səbəbləri arasında az maye qəbuludur. Körpənin müntəzəm maye qəbul etməsinə diqqət edin.

- Razyana toxumu körpələrdə sancı üçün çox faydalıdır. Həkim məsləhəti ilə körpənin qidasına əlavə edə bilərsiniz. Körpəni əmizdirirsinizsə, qaynadıb özünüz də içə bilərsiniz.
Geri dön