Ana Sayfa > Karusel / M2 / Qarabağdan xəbər var > Dağlıq Qarabağda muzdlular öldürüldü - Nazirlikdən AÇIQLAMA

Dağlıq Qarabağda muzdlular öldürüldü - Nazirlikdən AÇIQLAMA


7-12-2015, 12:34. Yazar: Xeberaz
Dağlıq Qarabağda muzdlular öldürüldü - Nazirlikdən AÇIQLAMA
Xeberaz.az xəbər verir ki, Qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısının alınması ilə bağlı Müdafiə Nazirliyi bu gün məlumat yayıb.

Düşmən mövqelərinin məhv olunması ilə bağlı məlumatda həmçinin qeyd edilir ki, düşmən səngərlərində Yaxın Şərqdən cəlb olunmuş muzdlu silahlılar da məhv edilib.

Ermənistan Müdafiə Nazirliyi bu cür faktları ictimaiyyətə açıqlamadan imtina edir. Dağlıq Qarbağa muzdluların mövcudluğu faktı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən mövqe öyrəndik. Nazirliyin sözçüsü Hikmət Haciyev ATV.az açıqlamasında bildirib ki, Dağlıq Qarabağda muzdluların olması yeni fakt deyil. “Hələ müharibə gedən illərdə ənənəvi olaraq, Livan və Suriyadan muzdlu döyüşçülər cəlb olunmuşdu. Buna səbəb Asala və bu kimi erməni terror təşkilatlarının regionda yaranamasına göstərmək olar”.

Güman ki, Azərbaycanın hər iki nazirliyi muzdlularla bağlı yaxın günlərdə geniş hesabatla çıxış edəcəklər.
Geri dön