Ana Sayfa > Karusel / Maraqlı / M2 / Texnologiya > Azərbaycan bu marka noutbukların istehsalına başlayır

Azərbaycan bu marka noutbukların istehsalına başlayır


7-12-2015, 12:06. Yazar: Xeberaz
Azərbaycan bu marka noutbukların istehsalına başlayır
Xeberaz.az-ın verdiyi xəbərə görə 2016-cı il ərzində Azərbaycanda Tayvanın "Acer" şirkətinin brendi ilə təqribən 5 min kompüter istehsal ediləcək. "H-tech" şirkətinin icraçı direktoru Səid Quliyev deyib.

Onun sözlərinə görə, hazırda ölkənin bir sıra dövlət strukturları ilə aparılan danışıqlar uğurla keçsə, istehsalın həcmi 5 dəfə arta bilər.

S.Quliyev qeyd edib ki, "Acer" kompüter texnikasının istehsalına 2016-cı ilin fevralında başlanılacaq: "Mingəçevir texnologiya parkında istehsal ediləcək məhsulun qiyməti rəqabət qabiliyyətli olacaq".

O əlavə edib ki, istehsal edilən texnika əvvəlcə "BestComp" şirkətinin mağazalar şəbkəsində satılacaq, sonra isə distribüter şəbəkəsi genişlənəcək.
Geri dön