Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bərdədə qaz balonu partladı: Ölənlər və yaralılar var

Bərdədə qaz balonu partladı: Ölənlər və yaralılar var


7-12-2015, 01:59. Yazar: Xeberaz
Bərdədə qaz balonu partladı: Ölənlər və yaralılar var

Bərdənin Uğurbəyli kəndində faciəli hadisə baş verib.

Xəbəraz.az-ın xəbərinə görə, kənd sakini Əli Məmmədovun evində qaz balonunun partlayıb və nəticədə onun ailə üzvlərindən iki nəfər ölüb, beş nəfər yaralanıb.

Yanıq xəsarəti alan 5 nəfər Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Geri dön