Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Könül Kərimova Rusiyadakı konsertini təxirə saldı

Könül Kərimova Rusiyadakı konsertini təxirə saldı


7-12-2015, 01:37. Yazar: Xeberaz
Könül Kərimova Rusiyadakı konsertini təxirə saldı
Matəm günü ilə əlaqədar müğənni Könül Kərimova Rusiyadakı konsertini təxirə salıb.

“Vətənimizdə baş vermiş bu faciə hamımızı çox sarsıtdı. Allah dünyasını dəyişən qardaşlarımıza rəhmət eləsin! Xəstələrə şəfa, ailələrinə səbir versin! Uca Rəbbim xalqımızı bəla, faciə və fəlakətlərdən qorusun. Hər kəsin bildiyi kimi, bu gün Moskvada konsertimiz baş tutacaqdı. Ancaq Vətənimizdə baş vermiş dəhşətli hadisəyə görə təxirə saldıq. Kədər hər birimizin acısıdır. Vətənimizdə matəm elan olunub. Vətənimi, xalqımı sevən biri olaraq düzgün qərar verdiyimi düşünürəm. Başın sağ olsun, Vətən!”

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Günəşli” yatağında baş vermiş yanğın nəticəsində ölən və itkin düşənlərin xatirəsinə dekabrın 6-sı matəm günü elan edilib.
Geri dön