Ana Sayfa > Karusel / Hadisə / M2 > Şəmkirdə ər arvadını bıçaqladı

Şəmkirdə ər arvadını bıçaqladı


6-12-2015, 22:54. Yazar: Xeberaz
Şəmkirdə ər arvadını bıçaqladı
Faktla bağlı araşdırmalar davam etdirilir.

Şəmkir rayon Çinarlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Xəbəraz.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qəsəbə sakini 25 yaşlı Türkan Cəfərova çoxsaylı bıçaq xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Həkimlər dərhal yaralını əməliyyata götürüblər. Xəstənin alın, üz və döş qəfəsi nahiyyələrində bıçaq yaraları aşkar edilib. Cərahiyyə əməliyyatından sonra vəziyyəti orta-ağır qiymətləndirilir. Yaralının müalicəsi davam etdirilir.

Şəmkir Rayon Polis Şöbəsindən Kəpəz televiziyasına (Region TV) verilən verilən məlumata görə, Türkan Cəfərova əri – 29 yaşlı Ramin Cəfərov tərəfindən bıçaqlanıb və hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Geri dön