Ana Sayfa > Karusel / Hadisə / M2 > SOCAR: Qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb

SOCAR: Qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb


6-12-2015, 17:00. Yazar: Xeberaz
SOCAR: Qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb
Həsənovun cəsədi artıq ailəsinə təhvil verilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb.

SOCAR-dan Oxu.Az-a bildirilib ki, bu, 1965-ci il təvəllüdlü Həsənov Ramiz Nüsrəddin oğlunun cəsədidir.

R. Həsənovun cəsədi artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, R. Həsənovun cəsədi dekabrın 4-də gecə gəmilər vasitəsilə dənizdən çıxarılıb.

“Bundan sonra heç bir cəsəd çıxarılmayıb” deyə məlumatda bildirilib.

Xatırladaq ki, qəza nəticəsində itkin düşmüş 1975-ci il təvəllüdlü Həsənov Zaur Vahid oğlunun cəsədinin çıxarılması barədə məlumat həqiqətə uyğun deyil.
Geri dön