Ana Sayfa > Karusel / Gündəm / M2 > -Xəzəryanı ölkələrə müraciət olunub

-Xəzəryanı ölkələrə müraciət olunub


6-12-2015, 14:48. Yazar: Xeberaz
-Xəzəryanı ölkələrə müraciət olunub
“İtən neftçilərin cəsədləri güclü axına görə bu ölkələrin sektoruna düşə bilər”.

İtən neftçilərin axtarış və xilasetmə işlərinə bütün müvafiq strukturlar, gəmilər, sərhəd qoşunları və FHN cəlb edilib.

Xeberaz.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kadr Rejim və İnformasiya Texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov bildirib.

O qeyd edib ki, Dövlət Dəniz Administrasiyası vasitəsilə Xəzər akvatoriyasındakı bütün gəmilərə itkin düşənlərlə bağlı məlumatları bildirmək tapşırılıb. Belə ki, itən neftçilərin cəsədləri güclü axına görə bu ölkələrin sektoruna düşə bilər.

Eyni zamanda Türkmənistan və İranının müvafiq qurumlarının, eləcə də dənizdə olan bütün üzən gəmilərin itkin düşənlər barədə məlumatlandırıldığını da bildirib.

Axtarış əməliyyatlarına Sərhəd qoşunlarının 3, Fövqəladə Hallar Nazirliyinin (FHN) 4 vertolyotu cəlb olunub.

X.Məmmədov qeyd ki, yanğın baş verən platformadan 33 nəfər xilas edilib, 1 nəfərin cənazəsi çıxarılıb və 29 nəfər itkin düşmüş insanın axtarışları davam edir.
Geri dön