Ana Sayfa > Karusel / Gündəm / M2 > Türkiyəli məşhurlardan Azərbaycana başsağlığı - fotolar

Türkiyəli məşhurlardan Azərbaycana başsağlığı - fotolar

6-12-2015, 14:16. Yazar: Xeberaz
Türkiyəli məşhurlardan Azərbaycana başsağlığı - fotolar
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğına Türkiyəli məşhurlar da biganə qalmayıb.

Xeberaz.az-a Axşam.az-ın verdiyi məlumata görə, tanınmışlar sosial şəbəkədə Azərbaycanla bağlı foto paylaşaraq başsağlığı diləyiblər.

Müğənni Soner Sarıkabadayı:

"Başınız sağ olsun. Mənim üçün qardaşdan da doğma olan millət. Konsertlə əlaqədan İsveçrədəyəm, buna görə də gec xəbərim oldu. Dualarım sizinlədir".

Müğənni Alişan:

"Dərdiniz dərdimizdir. Allah rəhmət eləsin".

Müğənni Demet Akalın:

"Başın sağ olsun can Azərbaycan. Dərdiniz dərdimizdir. 32 canın getdi, məkanları cənnət olsun".

Müğənni Merve Özbey:

"Dərdiniz dərdimizdir. Allah səbr versin".

Aktrisa Dərya Tuna:

"Azərbaycanlı qardaşlarımızın başı sağ olsun. Dərdiniz dərdimizdir Azərbaycan".

Müğənni İrəm Derici:

"Bütün azərbaycanlı qardaşlarımızın başı sağ olsun".

Müğənni İbrahim Tatlısəsin oğlu İdo da Azərbaycanla bağlı foto paylaşaraq, başsağlığı diləyib.

Geri dön