Ana Sayfa > Karusel / Hadisə / M2 > Gədəbəydə qadın yaşadığı evdə üzərinə neft tökərək özünü yandırdı

Gədəbəydə qadın yaşadığı evdə üzərinə neft tökərək özünü yandırdı


3-12-2015, 12:55. Yazar: Xeberaz
Gədəbəydə qadın  yaşadığı evdə üzərinə neft tökərək özünü yandırdı
Ona bədənin 95 faizinin 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub.

Gədəbəydə 57 yaşlı qadın intihara cəhd edib.

Xəbəraz.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Şınıx kəndində kənd sakini, 1958-ci il təvəllüdlü Nəsibə Hüseynova yaşadığı evdə üzərinə neft tökərək özünü yandırıb.

Qadın dərhal Gədəbəy rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Ona bədənin 95 faizinin 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub. N. Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə N. Hüseynova ailə münaqişəsi zəminində özünü yandırıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.
Geri dön