Ana Sayfa > Karusel / Hadisə / M2 > Paytaxtda ağır qəza - 3 ölü, 1 yaralı

Paytaxtda ağır qəza - 3 ölü, 1 yaralı


3-12-2015, 11:36. Yazar: Xeberaz
Paytaxtda ağır qəza - 3 ölü, 1 yaralı
Bu gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib

Xəbəraz.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda "Nissan" markalı minik avtomobili qəzaya uğrayıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1990-cı il təvəllüdlü Yusifov Samir Rafiq oğlunun, 2 naməlum şəxsin cəsədlərini çıxarıb, 1 nəfəri xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:18-də başa çatıb.

Geri dön