Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakı-Sumqayıt qatarı adam vurub

Bakı-Sumqayıt qatarı adam vurub


3-12-2015, 10:51. Yazar: Xeberaz
Bakı-Sumqayıt qatarı adam vurub
Xəbər verdiyimiz kimi ötən gün Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb

Bakıdan saat 19:00 radələrində reysə düşən qatar bir neçə dəqiqə yol qət etdikdən sonra dayanıb. Sərnişinlər yarım saatdan çox qatarda gözləməli olublar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Azvision.az-a açıqlamasında bildirib ki, ötən gün saat 19:00-da yola düşən Bakı-Sumqayıt qatarı Keşlə-Biləcəri məntəqəsində dəmiryolu xətti üzərində sərxoş kişini vurub. Bu səbəbdən qatarın hərəkətindən gecikmə olub.

Qurum rəsmisi qeyd edib ki, qatarın vurduğu şəxs xəstəxanaya çatdırılıb.

N.Əziməmmədov son zamanlar Bakı-Sumqayıt qatarının yolunda mane törədən şəxslərin çoxaldığını deyib: “Biz KİV-lər vasitəsilə hər zaman təbliğat aparırıq ki, bu sürət qatarıdır və onun yoluna çıxmaq olmaz. Amma bəzi şəxslər buna əməl etmirlər”.
Geri dön