Ana Sayfa > Karusel / Gündəm / M2 > Nazirlikdən qar xəbərdarlığı - Temperatur 10 dərəcə aşağı düşəcək

Nazirlikdən qar xəbərdarlığı - Temperatur 10 dərəcə aşağı düşəcək


2-12-2015, 14:46. Yazar: Murad
Nazirlikdən qar xəbərdarlığı - Temperatur 10 dərəcə aşağı düşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Xəbəraz.az-a daxil olan məlumatda bildirilir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 3-dən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, dekabrın 06-dək qeyri-sabit keçəcəyi, arabir yağıntılı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Dekabrın 04-də gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 03-dən başlayaraq dekabrın 06-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Geri dön