Ana Sayfa > Karusel / Gündəm / M2 / Texnologiya > Metroda yeni aparatlar quraşdırılır: Təhlükəsizlik gücləndirilir - FOTO
Metroda yeni aparatlar quraşdırılır: Təhlükəsizlik gücləndirilir - FOTO2-12-2015, 14:42. Yazar: Murad |
Son günlər Bakı metrosunda təhlükəsizlik tədbirləri xeyli gücləndirilib. Sərnişinlər polis əməkdaşları tərəfindən bir-bir yoxlanılaraq metroya buraxılır. Şübhəli sərnişinlər saxlanılır, çantalarına baxış keçirilir. Kimliyindən aslı olmayaraq, çantalarda təhlükəli əşyaların olub-olmaması araşdırılır. Dünəndən başlayaraq metronun bir neçə stansiyasında sərnişinləri yoxlamaq üçün yeni aparatlar quraşdırılıb. Aparatlar “20 yanvar”, “28 may” və “Koroğlu” stansiyalarında yerləşdirilib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, yeni aparatların quraşdırılması təhlükəsizlik tədbirləri ilə əlaqədardır. `Metropoliten kütləvi sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitəsidir və bizim işimiz sərnişinləri rahat, təhlükəsiz şəkildə mənzil başına çatdırmaqdır`,-deyə N.Paşayev vurğulayıb. Qurum rəsmisi qeyd edib ki, sərnişinlərin təhlükəsizliyi istiqamətində lazım olan bütün tədbirlər görülür və bundan sonra da davam etdiriləcək. Geri dön |