Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Bu vitaminin azlığı döş xərçənginə yol açır - TƏHLÜKƏ

Bu vitaminin azlığı döş xərçənginə yol açır - TƏHLÜKƏ


1-12-2015, 10:12. Yazar: Xeberaz
Bu vitaminin azlığı döş xərçənginə yol açır - TƏHLÜKƏ
Kaliforniya universitetində aparılan araşdırmanın nəticələrinə görə, döş xərçəngi olan qadınlarda D vitamin səviyyəsinin normal, ya da normadan aşağı olduğu müəyyən edilib. Orqanizmində D vitamin səviyyəsi yüksək olan qadınların yaşamaq şansı ikiqat daha yüksəkdir. D vitaminin bir çox xərçəng riskini azaltdığını bildirən alimlər bu vitamin azlığının döş xərçəngi riskini artıracağını deyir.


Araşdırmalar, D vitaminin hüceyrələr arasındakı əlaqəni artırdığı və durmadan bölünmələrini əngəllədiyi ortaya çıxıb. Hüceyrələrin üzərində olan D vitamin reseptorları hüceyrələrin anormal şəkildə böyüməsinin, yəni çoxalmasının qarşısını alır, eyni zamanda o hüceyrələrə qan axınını azaldır.

Qandakı D vitamin səviyyəsi nə qədər olmalıdır?

Xərçəngə yoluxmamış bir qadında vitamin D səviyyəsi ən az 30 nq/ml-dır.
Döş xərçənginə əvvəlcədən yaxalanmış qadınlarda 50 nq/ml və daha çox vitamin D səviyyəsini hədəfləmək yararlı olacaq.


D vitamin inyeksiyası döş xərçəngi olan ya da ailəsində döş xərçəngi ehtimalı olan qadınlara tövsiyə edilir. D vitamin qəbul etmədən əvvəl həkimlə məsləhətləşin.


Yeməklərdən D vitamin qəbul etmək olarmı?

Vitamin D qəbul etmənin əsas yolu günəşə çıxmaqdır. Dərimiz günəş işığını D vitamininə çevirir.
Bəzi qidalar da D vitamini ilə zəngindir. Bunlara somon və tuna balığı, balıq yağı, ciyər (əsasən toyuq ciyəri), yumurta sarısı aiddir. Süd, meyvə suyu (əsasən portağal suyu), çörək və taxıl məhsullarında da D vitamini olur. Onu da qeyd edək ki, D vitamini artsın deyə, günəşə çox çıxmayın, yoxsa dəri xərçəngi riskini artırmış olarsınız.

D vitamini sinə xərçəngi ilə yanaşı sütun xərçəngi, qalın bağırsaq, ağciyər, prostat xərçəngi riskini də azaldır.
Geri dön