Ana Sayfa > Karusel / Hadisə / M2 > Balakən Aviasiya Mərkəzinin rəisi dünyasını dəyişdi

Balakən Aviasiya Mərkəzinin rəisi dünyasını dəyişdi


1-12-2015, 10:09. Yazar: Xeberaz
Balakən Aviasiya Mərkəzinin rəisi dünyasını dəyişdi
Polkovnik-leytenantın dörd övladı var idi.

Dünən gecə Balakən Aviasiya Mərkəzinin rəisi polkovnik-leytenant Məhyəddin Süleymanov dünyasını dəyişib.

Xəbəraz.az anspress-ə istinadən xəbər verir ki, M.Süleymanov təzyiqdən əziyyət çəkirdi.

Qeyd edək ki, Məhyəddin Süleymanov peşəkər zabit, hərbi pilot olub. Süleymanovun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində paraşütçuların hazırlanmasında müstəsna xidməti və rolu olub.

1984-cü ildə Saratov Təyyarəçilk Məktəbini bitirən Məhyəddin Süleymanov 1988-ci ildən Balakən Aviasiya Mərkəzində çalışıb. 9 min 238 saat uçuş keçirən Süleymanov aviasiya mərkəzinin əsas pilotu da özü olub.

Süleymanov Şəkinin Dəhnə kəndində doğulub. Polkovnik-leytenantın dörd övladı var idi. Allah rəhmət eləsin.
Geri dön