Ana Sayfa > Karusel / Dünya / M2 > Miqrantları daşıyan maşın atəşə tutuldu: 4 ölü, 6 yaralı

Miqrantları daşıyan maşın atəşə tutuldu: 4 ölü, 6 yaralı


1-12-2015, 07:40. Yazar: Xeberaz
Miqrantları daşıyan maşın atəşə tutuldu: 4 ölü, 6 yaralı
Malinin şimalında naməlum silahlılar afrikalı miqrantları daşıyan yük maşınını atəşə tutub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

İnsident Tabankort və Anefis yaşayış məntəqələrinin arasında qeydə alınıb. Yük maşınında Əlcəzairə yollanan Mali, Qvineya, Niger, Nigeriya və digər ölkələrin vətəndaşları olub.

BMT-nin Malidəki sülhməramlı missiyasının (MINUSMA) məlumatına əsasən, yaralılar helikopterlərlə Qao şəhərinə çatdırılıb. Onlardan 5-i Mali, 1 isə Qvineya vətəndaşıdır.

Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.
Geri dön