Ana Sayfa > Karusel / İdman / M2 > Çingiz Abdullayev: "Bizim məqsədimiz odur ki..."

Çingiz Abdullayev: "Bizim məqsədimiz odur ki..."


1-04-2015, 22:12. Yazar: Emil
Çingiz Abdullayev: "Bizim məqsədimiz odur ki..."
Sədr: "Komandanı toparlamağa çalışacağıq"
Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Bakı" (2:0) matçından sonra "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev öz fikirlərini bölüşüb. Xeberaz.az anspress-ə istinadən xəbər verir ki, "Neftçi"də hələ vəzifə bölgüsü olmayıb.

"Yaxın günlərdə bir toplantı keçirərək hər bir üzvün vəzifəsi müəyyən olunacaq. Bizim məqsədimiz odur ki, komandanı toparlaya bilək və məzmunlu oyun sərgiləməklə azarkeşləri yenidən stadionlara qaytaraq",- deyə Abdullayev bildirib.

Dünən rəhbər dəyişikliyinə gedən "Neftçi" autsayder "Bakı"nı qəbul edib. Hesabı 42-ci dəqiqədə Nikolas Kanales açıb. 65-ci dəqiqədə isə Julius Vobay fərqlənib. Bununla da "Neftçi" 2:0 hesablı qələbə qazanıb.
Geri dön