Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > "Bunu Röyaya yaltaqlanmaq üçün demirəm..." - Rəqsanə

"Bunu Röyaya yaltaqlanmaq üçün demirəm..." - Rəqsanə


30-11-2015, 15:46. Yazar: Kenan
"Bunu Röyaya yaltaqlanmaq üçün demirəm..." - Rəqsanə
"Bəzi müğənnilər gedib özlərini kəsdirirlər, plastik əməliyyat etdirirlər, gəlib deyirlər ki, "Anadangəlmə beləyik". Bəsdirin, ayıbdır. Plastik əməliyyat etdirməyimi heç vaxt danmıram".

Xeberaz.az-ın məlumatına görə, bu sözləri müğənni Rəqsanə ismayılova "Onlar" verilişinə açıqlamasında deyib.

Sənətçi 3-4 il əvvəlki görünüşünü bəyənmədiyini etiraf edib:

"Neçə il bundan əvvəlki şəkillərimə baxıram, deyirəm, "Nə gündə olmuşam". Dünən mənə arxiv şəklimi atıblar, deyirəm, "Kül başına Rəqsanə, niyə özünü bu günə qoydun?". Gül kimi qız olmuşam. Ayağımda, üzümdə 3-4 dəfə, burnumda bir neçə dəfə əməliyyat etdirmişəm. Bir vaxt gedib geldən dodağımıza, üzümüzə doldurtdururduq. İndi hamı gedib çıxartdırır".

R.İsmayılova həmkarlarının plastik əməliyyatından da bəhs edib:

"Bizim şou-biznesdə hamınınkı bir-birinə oxşayır. Əvvəl Röyanın burnunu sevmirdim. İndi yenidən düzətdirib, çox bəyənirəm. Röyaya yaltaqlanmaq üçün demirəm, həqiqətən gözəl alınıb. Xatirə islamın da burnu yaxşı alınıb".
Geri dön