Ana Sayfa > Karusel / Maraqlı / Fotogalereya > Azərbaycanlı qızın “bakirəliyinin alıcısı” psixi xəstədir

Azərbaycanlı qızın “bakirəliyinin alıcısı” psixi xəstədir


27-11-2015, 22:16. Yazar: Xeberaz
Azərbaycanlı qızın “bakirəliyinin alıcısı” psixi xəstədir
Kişi ona söz verdiyi məbləği verməyib, onu zorlayıb və mənzildə bağlayıb.

Rusiyanın Perm vilayətinin Berezniki qəsəbəsində xarici vətəndaşın zorlanması hadisəsi araşdırılır.

Məhkəmə xəstə cinayətkarın məcburi müalicəsinə dair qərar qəbul etməlidir.

Xatırladaq ki, 29 yaşlı Berezniki sakini internetdə Bakıdan olan qız ilə tanış olub. 21 yaşlı azərbaycanlı qız öz bakirəliyini ona 14 min dollara satmağa razılaşıb və bunun üçün Permə gəlib.

Lakin kişi ona söz verdiyi məbləği verməyib, onu zorlayıb və mənzildə bağlayıb. Qız pəncərədən qaçmağa çalışanda yıxılıb və xəsarət alıb.

“Məhkəmə ekspertizasının rəyindən sonra kişinin psixi xəstə olduğu məlum olub, bununla əlaqədar olaraq prokurorun təsdiqlədiyi müstəntiq çıxarışı ilə cinayət işi müttəhimə qarşı məcburi müalicə tədbirinin tətbiqi haqqında qərarın verilməsi üçün məhkəməyə göndərilib”, - Rusiyanın İstintaq Komitəsinin Perm vilayəti üzrə İstintaq idarəsinin mətbuat xidmətindən bildirilib.Oxu.Az


Geri dön