Ana Sayfa > Karusel / Gündəm / Hadisə / M2 > Nardaranda həlak olan polisin kimliyi bilindi

Nardaranda həlak olan polisin kimliyi bilindi


27-11-2015, 12:46. Yazar: Xeberaz
Nardaranda həlak olan polisin kimliyi bilindi
Ötən gün Nardarandakı silahlı toqquşmada şəhid olan polisin kimliyi bilinib.

Xeberaz.az femida.az-a istinadən xəbər verir ki, həlak olan polis zabiti 1975-ci il təvəllüdlü mayor Vüqar Nəsibovdur. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub. V.Nəsibov evli olub, iki övladı var. Mərhum polis əməkdaşı "kick-boks" idman növü üzrə dəfələrlə çempion olub.

V.Nəsibov bu gün II Fəxri xiyabanda dəfn ediləcək.
Geri dön