Ana Sayfa > Karusel / Hadisə / M2 > Sərxoş ər arvadını bıçaqladı

Sərxoş ər arvadını bıçaqladı


26-11-2015, 13:15. Yazar: Kenan
Sərxoş ər arvadını bıçaqladı
Xeberaz.az xəbər verir ki, bu gün səhər saatlarında İsmayıllının Hacıhətəmli kəndində bıçaqlanma hadisəsi olub. Kənd sakini, 1993-cü il təvəllüdlü Kərimova Kəmalə Yusif qızı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Kərimov Nicat tərəfindən bıçaqlanıb. Xəsarət alan şəxs dərhal İsmayıllı RMX-yə çatdırılıb. Ona sol budun kəsilmiş, deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Məlumata görə, ər hadisəni törədən zaman içkili vəziyyətdə olub. Nicat Kərimov şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb, fakt araşdırılır.

Geri dön