Ana Sayfa > Karusel / Hadisə / M2 > MTN-in qadın generalı barəsində qətimkan tədbiri seçilib

MTN-in qadın generalı barəsində qətimkan tədbiri seçilib


26-11-2015, 12:25. Yazar: Xeberaz
MTN-in qadın generalı barəsində qətimkan tədbiri seçilib

Nazirliyin daha bir əməkdaşı axtarışa verilib

Dünən Baş Prokurorluğun yaydığı məlumatda Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxslərinin törətdiyi cinayət əməllərinə görə nazirliyin 19 vəzifəli əməkdaşının həbs edildiyi bildirilirdi. Bundan başqa MTN-in yüksək vəzifə tutmuş 1 əməkdaşı barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Məlumata görə, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilən şəxs MTN-nin Əməliyyat Texniki idarəsinin keçmiş rəisi, general-mayor Natavan Mürvətovadır.

Qeyd edək ki, MTN işi ilə əlaqədar nazirliyin istintaqdan yayınan 1 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Geri dön