Ana Sayfa > Karusel / Maraqlı / M2 > Türk haker Rusiyanın yüzlərlə saytını dağıtdı

Türk haker Rusiyanın yüzlərlə saytını dağıtdı


24-11-2015, 23:12. Yazar: Xeberaz

Türk haker Rusiyanın yüzlərlə saytını dağıtdı
Türk haker Skorsky Rusiyanın Suriyanın Türkmən dağında yaşayan türkmənləri bombardman etməsinə etiraz olaraq, xeyli sayda rus saytını dağıdıb.

Dağıdılan saytları açarkən prezident Rəcəb Tayyib Ərdoğanın, sultan Fatih Mehmetin rəsmləri, mehtər marşı, və Türkiyə bayrağı görünür.

Yüzlərlə saytı dağıdan Skorskynin mesajında deyilir: “Rusiya dövlətinin türkmən qardaşlarımıza etdiyi hücumları qınamaq və etiraz etmək məqsədilə bir çox rus saytını dağıdıb, onlara girişi məhdudlaşdırmışıq. Bununla yanaşı bir çox Avropa saytları da dağıdılmışdır”.

Haker hücumdan əvvəl Rusiyanın bir çox dövlət saytına xəbərdarlıq məktubu göndərdiyini bildirib.
Geri dön